Image description

Dövlət bankı Azər Türk Bank 2021-ci ilin birinci rübünü 520 min manat xalis mənfəət ilə başa vurub, bu da keçən ilin eyni dövrünə nisbətən 28% çoxdur.

Bankın yaydığı məlumata görə, 31 Mart 2021-ci il tarixinə Azər Türk Bankın cəmi aktivləri 331 milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 162 milyon manat təşkil etmişdir.

Index.az xəbər verir ki, Məcmu kapitalın həcmi isə 50 milyon 207 min manat olmuşdur. Məcmu kapitalın adekvatlığı 32% təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfə yüksəkdir.

Cəmi bank öhdəliklərinin həcmi 274 milyon manat təşkil etmişdir.

Bank 159,9 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 74 milyon manatı əhalinin əmanətləridir.

Bankın müştərilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% artaraq, 95 915 nəfərə çatmışdır.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.