Image description

“Azersun Holding”ə yaxın bank “Azərbaycan Sənaye Bankı” ASC-dən geri çəkilən depozitlərin həcmi açıqlanıb.

İndex.az xəbər verir ki, bu barədə 31 mart 2020-ci il üzrə maliyyə hesabatında deyilir.

“ASB Bank”ın ilin ilk rübünün (R1) sonuna müştərilərdən cəlb etdiyi depozitlərin həcmi 615.06 milyon manat təşkil edib.

Bu isə ilin əvvəli ilə müqayisədə 24.87 milyon manat, yaxud 3.9% faiz azalma deməkdir.

Depozitlətin 104.58 milyon manatı (ilin əvvəlində: 124.69 milyon manat) tələbli, 510.47 milyon manatı (515.24 milyon) isə müddətli olmuşdur.

Azalma həmçinin müştərilərə verdiyi kreditlərin həcmində də baş verib. Son üç ay ərzində bankın kredit portfelinin həcmi 67.87 milyon manat, yaxud 21.4% azalmaqla 249.12 milyon manata düşüb.

31.03.2021

Müştərilər “ASB Bank”dan depozitlərinin 25 milyon manatını geri çəkib

Bizi Telegram-da izləyin: t.me/indexaz