Image description

Çin iqtisadiyyatı 2021-ci ilin ilk üç ayında istehsal, sərmayə fəaliyyətlərindəki güclənmə və istehlakçı xərclərinin artması ilə dəstəklənib.

İndex.az xəbər verir ki, 2020-ci ilin ilk rübü ilə müqayisədə 2021-ci ilin ilk rübündə Çinin ümumi daxili məhsulu 18.3% artıb. Proqnoz 18.5% idi.

Ölkədə sənaye istehsalı 14.1% artıb.

Pərakəndə satışlar 28%-lik proqnozu aşaraq 34.2% artıb. Sərmayələri ilk rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 25.6% artıb. İşsizlik nisbəti 5.3% təşkil edib.




©Marja