Image description

Dövlət Gömrük Komitəsi (DGK) "Ziraat Bank Azərbaycan" ASC-ni kredit təşkilatlarının reyestrinə daxil edib.

Index.az bu barədə DGK-ya istinadən xəbər verir.

Bununla da, ölkədə gömrük xidməti göstərən bankların sayı 15-ə çatıb.

"Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i Türkiyənin "Ziraat Bank"ına, 0,01 %-i "Zıraat Sıgorta" şirkətinə, 0,01 %-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

© Report

Bizi Telegram-da izləyin: t.me/indexaz