Image description

“Azərbaycan Sənaye Bankı” ASC 2021-ci ilin 1-ci rübünü 416 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 5,4 dəfə azalıb. “Azərbaycan Sənaye Bankı” 2020-ci ilin 1-ci rübünü 2 milyon 236 min manat xalis mənfəət ilə bağlamışdı.

Index.az xəbər verir ki, xalis mənfəətin azalmasının əsas səbəbləri, faiz gəlirlərinin azalması, depozitlər üzrə faiz xərclərinin artması və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına vəsait ayırılmasıdır.

Qeyd edək ki, “Azərbaycan Sənaye Bankı”nın faiz gəlirləri ötən ilin ilk rübündəki 7 milyon 843 min manatdan 2021-ci ilin ilk rübündə 7 milyon 325 min manata geriləyib, qeyri-faiz gəlirləri isə 1 milyon 397 min manatdan 1 milyon 473 min manata yüksəlib.


©Marja

Bizi Telegram-da izləyin: t.me/indexaz