Image description

Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 18,6 milyon ABŞ dolları pul köçürülüb.


İndex.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 3 dəfə çoxdur.

Hesabat dövründə ən çox pul köçürmələri 7,3 milyon ABŞ dolları olmaqla mart ayının payına düşüb.

Yanvar-mart aylarında qonşu ölkədən Azərbaycana isə 3,8 milyon ABŞ dolları göndərilib ki, bu da ötən ilin eyni göstəricisinə nisbətdə 0,2 milyon dollar çoxdur.

İlk 3 ayda Gürcüstana xarici ölkələrdən ümumi pul köçürmələri illik müqayisədə 49,5 % artaraq 188,2 milyon ABŞ dolları təşkil edib. Qonşu ölkədən xaricə pul köçürmələri isə 24,9 milyon ABŞ dollarına (+21,9 %) bərabər olub.



©Report