Image description

Şirkət: “Avromed Company” QSC
Vəzifə: Təlim və inkişaf üzrə menecer

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir. Öz fəaliyyəti dövründə Avromed şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olmuşdur.
Şirkət “Təlim və inkişaf üzrə menecer” vəzifəsinə işçi dəvət edir.

İş barədə məlumat

• Korporativ təlim sisteminin inkişafını təmin edir;
• Şirkət daxilində təlim və inkişaf ehtiyaclarını müəyyən edir;
• Bütün struktur səviyyələrdə təlim ehtiyaclarının qiymətləndirilməsini həyata keçirir.
• Təlim ehtiyaclarına və korporativ təlim sisteminə uyğun təlim planı hazırlayır;
• Təlim proqramının yaradılması üzrə kateqoriya menecerləri ilə görüşlər keçirir;
• Plana uyğun olaraq daxili və ya xarici təlimlərin təşkilini həyata keçirir;
• Daxili təlimçilərin komandasını formallaşdırır;
• Kənar təlimçilərin və təlim şirkətlərinin siyahılarını hazırlayır;
• Kateqoriya menecerlərinin tələbinə uyğun olaraq qarşıdan gələn təlim proqramı barədə kənar təlimçilər və təlim şirkətləri ilə danışıqlar aparır;
• Təlimlər təşkil edir: iştirakçıların siyahılarının hazırlayır, təlim materialları ilə təmin edir, iştirakçıların təlim davamiyyətini izləyir və nəzarət edir;
• Xidmət və servis standartları, qeyri-texniki bacarıqlara (soft skills) dair təlim proqramlarının hazırlanmasını həyata keçirir;
• Təlim metodunun və vasitələrinin seçilməsini həyata keçirir;
• Təlimin effektivliyini qiymətləndirir;
• Təlim və inkişaf istiqamətində hesabatlılıq mexanizmini hazırlayır və idarə edir;
• Kateqoriya menecerləri ilə birlikdə brendlərdən xarici təlim üçün müraciətləri təhlil edir;

Tələb olunan bilik və bacarıqlar:

• Ali təhsil;
• Müvafiq sahədə 3 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan – əla, İngilis dili - əla, Rus dili - əla.
• Ofis proqramlarında, xüsusi ilə yüksək Excel və Power Point bilikləri;
• Peşə bilikləri və bacarıqları:
- Təlim formatlarına və alətlərinə dair biliklər;
- Personalın öyrədilməsi metodologiyasına dair biliklər;
- ТОТ sertifikatlaşması;
- ARƏM və işçilərin qeydiyyata alınmasını tənzimləyən normativ sənədlər haqqında biliklər;
- Təlim formatında yüksək keyfiyyətli təlimlərin həyata keçirilməsi, qrup dinamikasının idarəedilməsi bacarıqları;
- Anlaşılan nitq və peşəkar ünsiyyət bacarığı;
- Emosional zəka.

Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına 13.05.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Təlim və inkişaf üzrə menecer” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.



Şirkət: “Avromed Company” QSC
Vəzifə: İşə qəbul mütəxəssis

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir. Öz fəaliyyəti dövründə Avromed şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olmuşdur.

Şirkət “İşə qəbul mütəxəssisi” vəzifəsinə işçi dəvət edir.

İş barədə məlumat

• Kadrların seçilməsi, yerləşdirilməsi və uyğunlaşdırılması qaydalarına uyğun olaraq seçim müraciətlərini emal edir;
• Xarici və ya daxili seçim üçün layihə yaradır;
• Əmək bazarını, onlayn platformaları tədqiq edir və seçilmiş platformalarda iş elanlarını yerləşdirir;
• Daxil olan CV-lərin ilkin yoxlamasını və müsahibələrin təşkilini həyata keçirir;
• Daxili və kənar resurslardan işə qəbul proseslərini təşkil edir;
• İşə qəbul planının yerinə yetirilməsini təmin edir;
• Panel müsahibələrini təşkil edir;
• İşə qəbul çərçivəsində universitetlər və digər təşkilatlarla mümkün əməkdaşlıq barədə qarşılıqlı əlaqə qurur;
• Seçilmiş namizədlərə iş təkliflərin hazırlanması və işə qəbul üçün tələb olunan sənədlərin toplanmasını təmin edir;
• Yeni qəbul edilmiş əməkdaşlar üçün adaptasiya prosesinin təşkili və aparılmasını təmin edir;
• CV bazasının yaradılmasını təmin edir və yeniləyir;
• İşə qəbul hesabatlarını hazırlayır;
• İşdən çıxış müsahibələrini aparır.

Tələb olunan bilik və bacarıqlar:

• Ali təhsil;
• Müvafiq sahədə 3 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan – əla, İngilis dili - əla, Rus dili - əla.
• Ofis proqramlarında, xüsusi ilə yüksək Excel və Power Point bilikləri;
• Peşə bilikləri və bacarıqları:
- Əsas işə qəbul göstəricilərini anlama bacarığı
- Personalın uyğunlaşma metodlarına dair biliklər
- ARƏM və işçilərin qeydiyyata alınmasını tənzimləyən normativ sənədlər haqqında biliklər
- Peşəkar məsuliyyət
- Özünü inkişaf bacarığı
- Peşəkar ünsiyyət bacarığı

Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına 13.05.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “İşə qəbul mütəxəssisi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi Telegram-da izləyin: t.me/indexaz