Image description

Bu ilin yanvar-mart aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində içkilər və tütün məhsullarına 548,8 mln. manat xərcləyib.

İndex.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 9,1% və ya 46 mln. manat artıb.

Cari ilin mart ayında satışların həcmi 167,9 mln. manat təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 8,8% və ya 16,3 mln. manat azdır. Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,8%-i içkilər və tütün məhsulların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 0,3 faiz bəndi çoxdur.

Bizi Telegram-da izləyin: t.me/indexaz