Image description

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 4 515 milyon ABŞ dolları təşkil etmişdir.

İndex.az xəbər verir ki, Ticarət dövriyyəsinin 2 903 milyon dollarını və ya 64.3 faizini ölkədən ixrac olunmuş məhsulların, 1612 milyon dollarını (35.7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 291 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7.5 faiz, real ifadədə 17.1 faiz, o cümlədən idxal 28.3 faiz, ixrac isə 10.6 faiz azalmışdır.

2021-ci ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 12.1 faiz artmış, real ifadədə isə 3.2 faiz azalaraq 331.3 milyon dollar təşkil etmişdir.



©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz