Image description

Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 4 628,8 mln. manat xərclənib.

İndex.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarınaa görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,2% çoxdur.

Təkcə mart ayında əhali ərzaq məhsullarına 1 804,7 mln. manat xərcləyib ki, bu da fevral ayı ilə müqayisədə 33,1% artıb. Bu rəqəm cari il qeydə alınan ən yüksək aylıq göstəricidir.


©APA

Bizi Telegram-da izləyin: t.me/indexaz