Image description

2021-ci ilin yanvar-mart aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına 216 milyon manat xərcləyib.

Index.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici illik müqayisədə 45.5% artıb.

Qeyd edək ki, əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar ən çox 2020-ci ilin dekabr ayında xərcləyib – 104.2 milyon manat.

Bizi Telegram-da izləyin: t.me/indexaz