Image description

"Meqa Sığorta" ASC-də kadr dəyişiklikləri davam edir. Ötən gün Təftiş Komisiyası və İdarə Heyəti sədrinin müavinin dəyişdirilməsi ardından bu gün İdarə Heyəti sədrinin müavini vəzifəsini müvqqəti icra edən şəxs təyin edilib.

İndex.az xəbər verir ki, Abbaszadə Eldar Rafail oğlu bundan sonra İdarə Heyəti sədrinin müavini vəzifəsini müvəqqəti icra edəcək.

Eldar Abbaszadə bunadək şirkətin Təftiş Komissiyasının üzvi idi.

Mirzəyev Samid Salman oğlu da müvəqqəti olaraq İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edəcək. Samid Mirzəyev "Meqa Sığorta"nın İddiaların tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində çalışır.

Qeyd edək ki, Banker.az ötən gün İbrahimli Uğur Azad oğlunun vəzifəsindən uzaqlaşdırılaraq, onun Məmişov Hökmüdar Qələndər oğlu ilə əvəzləndiyini və Təftiş Komissiyası ilə aktuarinin dəyişdirilməsi barədə xəbər vermişdi.

Məlumat üçün bildirək ki, hazırda şirkətin İdarə Heyətinə Gülmaliyeva Sevinc Tofiq qızı sədrilik edir.

"Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən "BE&G" sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Əliyevə ("Rabitəbank" ASC-nin 30%-lik səhmdarı, deputat), 19%-i Nəzakət İsmayılovaya, 19%-i Zaur Quliyevə, 14%-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10%-i Zeynal Əliyevə, 10%-i Faiq Şahəliyevə, 9%-i isə Yaşar Əliyevə məxsusdur.