Image description

Azərbaycanda “İnternational” QSC bank olmayan kredit təşkilatının (BOKT) dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə İndex.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından əldə etdiyi rəqəmlər bunu deyir.

Məlumata əsasən, “İnternational” QSC BOKT-un vergi borcu 22 081 manat təşkil edir.

Qeyd edək ki, bu borclar barədə son məlumat 13 aprel 2021-ci il tarixinə qədər olandır.

Bildirək ki, “İnternational” BOKT 2013-cü ildə dövlət qeydiyyatına alınıb. BOKT-un nizamnamə kapitalı 3 000 000 manatdır və qanuni təmsilçisi Nicat Həsənovdur.



©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz