Image description

Xalq Bankın reytinq üzrə proqnozu iki pillə yüksəldi

Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq Bank”ın fəaliyyətinin nəticələrini təhlil edərək Bankın reytinqlərini yeniləyib.

Index.az xəbər verir ki, Agentlik Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsində təsdiqləyib və həmin reytinq üzrə proqnozu iki pillə yüksəldərək “pozitiv” olaraq qiymətləndirib.

Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B1(cr)/Not Prime səviyyəsində, qısamüddətli bank depozitləri, qısamüddətli kontragent riskinin reytinqi NP səviyyəsində təsdiqləyib.

Moody’s ekspertləri Xalq Bankın reytinq üzrə proqnozunu “Pozitiv“ olaraq qiymətləndirilməsini maliyyə qurumunun aktivlərinin yüksək keyfiyyəti, onun dayanıqlığı, risklərin qarşısını almaq qabiliyyəti və sistem əhəmiyyəti ilə əlaqələndirir.

ASC Xalq Bank Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.


©Marja