Image description


2020-ci ildə "Ziraat Bank Azərbaycan" COVID-19 pandemiyası ilə əlaqəli fəaliyyət planı çərçivəsində 45.196 milyon manat məbləğində kreditləri restrukturizasiya edib.

Index.az bankın illik audit hesabatına istinadən xəbər verir ki, restrukturizasiya əsasən kreditlərin ödəmə tarixinin uzadılması və qısamüddətli güzəşt dövrünün təmin edilməsi şəklində olub.

2020-ci ilin sonuna bankın kredit portfeli 154.9 milyon manat təşkil edib. İl ərzində portfel 8.1 milyon manat böyüyüb.

Ötən ilin sonuna "Ziraat Bank Azərbaycan"ın məbləği 1 milyon manatdan yüksək olan 34 borcalanı mövcud olub. Bu kreditlərin ümumi məbləği 129 milyon manatdan çoxdur və ümumi kredit portfelinin 76%-ni təşkil edir.

Bizi Telegram-da izləyin: t.me/indexaz