Image description

“AzRe Təkrarsığorta” ASC 2020-ci ildə uzunmüddətli maliyyə aktivlərini kəskin kiçildib.

İndex.az xəbər verir ki, sığorta şirkətinin uzunmüddətli maliyyə aktivlərinin 1 yanvar 2021-ci il tarixinə həcmi 45.92 milyon manat olub, bu da öncəki ilin əvvəli ilə müqayisədə 32 faiz azalma deməkdir.

Uzunmüddətli maliyyə aktivlərində bu qədər azalmanın səbəbi nədir?

Hesabatı analiz etdikdə məlum olur ki, təkrarsığortaçının dövlət qiymətli kağızlarının həcmi kəskin düşüb. Burada əsasən Maliyyə Nazirliyinin orta və uzunmüddətli dövlət istiqrazları başa düşülür.

2020-ci ilin əvvəlində 43.79 milyon manat portfel “əriyərək” ilin sonuna 22.16 milyon manata qədər enib.

“AzRe Təkrarsığorta” əlində olan digər korporativ istiqrazların həcmi isə 23.76 milyon manatda qalıb.

“AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, 50 milyon nizamnamə kapitalına sahibdir. Səhmləri 6 fiziki şəxsə məxsusdur.




©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz