Image description

VAKANSIYA 1

AEV MMC
Şirkətin adı: “ AEV “ MMC
Vəzifənin adı: Bölgələr üzrə ticarət nümayəndəsi ( Xaçmaz, Quba, Goyçay, Lənkəran, Şirvan,Bərdə,Şəki bölgələri )
Təcrübə: 1-3 il
Təhsil: Ali təhsil
Dil bilikləri: Azərbaycan,
Sürücülük vəsiqəsi: B
Əmək haqqı: 500-1000 AZN
Əmək haqqına əlavələr: Satışdan əldə edilən nəticələrə görə müəyyən edilir.
Nəqliyyat vasitəsi: Şəxsi avtomobil
Yaş həddi: 25-40

Tələb olunan bilik və səriştələr

• Malların satışını stimullaşdırmaq üçün işlərin təşkilinin əsasları.
• Ticarət alətlərindən istifadə xüsusiyyətləri və prinsipləri.
• Reklam növləri və reklam fəaliyyətinin təşkili əsasları.
• Pərakəndə məkanın təşkili və pərakəndə məkandan səmərəli istifadə prinsipləri.
• Ticarət meydançasında malların nümayişinin effektivliyini qiymətləndirmə metodları.
• Təklif olunan malların əsas keyfiyyəti və istehlak xüsusiyyətləri.
• Malların cari qiymətləri.
• Satış sahəsindəki müştəri davranışının modelləri.

Vəzifə öhdəlikləri

• Müştərilələrlə sıx əlaqələrin yaradılmasını təmin edir,
• Təyin olunmuş rut üzrə müştəriləri ziyarət edir, onların mal ehtiyaclarını müəyyən edir, əldə eytiyi mall sifarişlərinin qeydiyyatını müvafiq elektron cihazın yaddaşına daxil edir.
• İşəgötürənin təmsil etdiyi malların ticarət və kredit siyasətinin həyata keçirilməsini təmin edir
• Müştəri potrfelinin artırılmasında faəl iştirak edir, ərazisindəki yeni ticarət obyeklərini qeyd edir, onları ziyarət edir təmsil etdiyi malları təklif edir.
• Məhsulların ən əlverişli formada yerləşdirilməsini təmin edir, merçendayzerlərin işinin təşkilinə yardım edir
• Yeni çeşid malların təşviqini təmin edir.
• Satış rəhbərinə gündəlik görülən işlər barədə hesabatlar təqdim edir.
• Bütün alıcılarla konstruktiv əməkdaşlığı gücləndirir yüksək səviyyədə xidmət göstərir
• Şirkətin strateji hədəflərini anlamaq, onların həyata keçirilməsini hər cür şəkildə təşviq etmək.
• Bütün təlim proqramlarında fəal iştirak edir
• Etik ticari qaydalara riayyət edir

Vakansiya ilə maraqlanan namizədlər CV –ni hr@aev.az elektron ünvanının mövzu bölməsində “Bölgələr üzrə ticarət nümayəndəsi” qeyd etməklə müraciət edə bilərlər.



VAKANSIYA 2

Azerbaijan Flowers Company

İşəgötürən: Azerbaijan Flowers Company
Vəzifə: Satış üzrə nümayəndə (qızılgül sahəsi)

İşin təsviri:

• İşgüzar danışıqların aparılması, müqavilələrin bağlanması;
• Yeni müştərilərin axtarışı və cəlb olunması;
• Rəqib bazasının öyrənilməsi;
• Birbaşa marketinq ilə çalışmaq;
• Şirkətlərə telefon zənglərinin olunması və görüşlərin təşkili;
• Sifarişlərin onlayn, telefon vasitəsi ilə qəbulu;
• Potensial müştərilərin axtarışı, bazanın genişləndirilməsi;
• Müştərilərdən daxil olan məlumatlara operativ reaksiya,birbaşa rəhbərin diqqətinə çatdırırlması;
• Satış ilə bağlı məlumatları,müraciətləri 1 C sisteminə əlavə edilməsi;
• Satış departamentinin inzibati məsələrinin həll edilməsi;

İş yeri Qala qəsəbəsi (Servis xidməti mövcuddur)

Tələblər:

- Ali təhsil
- 2-4 il
- İngilis və rus dilləri
- MS office ,1C proqramı

Maraqlanan namizədlər mövzu yerində “Satış üzrə nümayəndə” yazmaqla öz CV-lərini hr@azerbaijan-flowers.com ünvanına göndərə bilərlər.



VAKANSIYA 3

Trion Trade

MERÇENDAYZER

TƏLƏBLƏR:

- 20-25 yaşı arası xanımlar
- İşi üzrə zəruri sənədlərin işlənib hazırlanması, onların icrasına nəzarət edilməsi qaydalarını bilmək
- Müvafiq sahə və satış fəaliyyəti üzrə ən azı 1 il iş təcrübəsi olmalı
- Azərbaycan dili (mükəmməl), rus dili (orta), ingilis dili (arzuolunan)
- Enerjili, dinamik, kreativ düşüncəli, yaradıcı, insanlarla rahatlıqla ünsiyyət qura bilən
- Hərəkətli - iş rejimində, komanda şəklində işləmə qabiliyyətinə malik
- İşə qarşı ciddi və məsuliyyətli olmalı

VƏZİFƏLƏR:

- Məhsulların ticarət nöqtələrində şirkətin standartlarına uyğun təyin edilmiş plan üzrə düzülüşü
- Günlük planlaşdırılmış ticarət nöqtələrinə ziyarəti həyata keçirmək
- Rəqib şirkətlərin ticarət fəaliyyətini təqib etmək
- Ticarət nöqtələrində reklam materiallarını (POS) yerləşdirmək
- Ticarət nöqtələrində avadanlıqların quraşdırılmasına nəzarət etmək
- Məhsulları qiymət kağızları ilə təmin etmək
- Ticarət nöqtələrində olmayan məhsullar haqqında məlumatı satış şöbəsinə çatdırmaq
- Malların təyin edilmiş plan üzrə əmtəə görünüşünü yoxlamaq

İŞ ŞƏRAİTİ:

İş qrafiki: 6 günlük iş həftəsi
- 1 aylıq sınaq müddəti.
- Əmək haqqı: 300 AZN +satişdan faiz

ƏLAQƏ MƏLUMATLARI:

Kadrlar şöbəsinin meneceri - Dilbər Axundzadə

Mob: 0552020794

E-mail: hr.manager@trion.az



VAKANSIYA 4

Rortvest Safety uniform

- Tranzit, idxal, ixrac prosesi və yüklərin gömrüklənməsi barədə ümumi anlayış və təcrübə
- Təhsil: Ali təhsili və yaxud hər hansı texniki təhsili olması arzu olunandır (logistika üzrə əsas və ya əlavə təhsil alanlara üstünlük veriləcəkdir)
- Təcrübə: – Logistika, idxal və ixrac əməliyyatları sahəsində təcrübə arzuolunandır
- Ümumi fərdi keyfiyyətləri: İşdə məsuliyyətli, dəqiqlik, operativlik, kollektivdə işləmə bacarığı
- Dürüst, səmimi, təşəbbüskarlıq qabiliyyəti və inkişafa meyllilik
- Yarana biləcək problemləri həll etmə bacarığı və analitik təfəkkür
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dilİ (əla)
- Kompüter billikləri: MS Office (Word, Excel, Power Point, Outlook) proqramını bilməli
- Yalnız qadın namizədlər

Əlaqə: Elşən Həsənəliyev 050 393 23 30
E-mail: finance@rortvest.com



VAKANSIYA 5

Bestcomp Group

Aparıcı FRONT-END developer

Tələblər və şərtlər:

- Biznes məntiq və element davranışı qurma səviyyəsində jаvascriptlə işləmə bacarığı;
- Prototiplərin, konstruktorların, asinxron kodların və DOM-ların istifadəsi;
- Dizayn maketə uyğun şablon verstkalarla işləmə bacarığı;
- Vue.js ilə işləmə bacarığı (mütləqdir);
- REST API ilə iş təcrübəsi;
- Websocket ilə iş təcrübəsi;
- Git ilə iş təcrübəsi;
- HTML, CSS bilikləri;
- Mobil versiyaya uyğun adaptiv verstka xüsusiyyətlərinin bilikləri;
- W3C standarda uyğun valid verstkalar
- Özgə kodlarda işləmə bacarığı;
- Ən əsası: sürətli işləmə, daim inkişafı sevən;
- Pre-İntermediate səviyyəsindən aşağı olmayan ingilis dili (texniki ədəbiyyatı oxuma bacarığı, sənədlərin və öz məhsullarına aid təlimatların yazma bacarığı, baza səviyyəsində ünsiyyət və ingilis dili anlama bacarığı);
- Komandada işləmə bacarığı;
- Ali təhsil olanlara üstünlük verilir.

Şərtlər:

- Rəsmi əmək haqqı;
- İş qrafiki: 09:00-18:00;
- Həftə içi 5 gün;
- Rahat ofisdə iş;
- Mehriban kollektiv;
- Peşəkar inkişaf imkanı
- Əmək haqqı – 2000 azn

CV-ləri vakansiyanın adını qeyd etməklə HR@bestcomp.net ünvana göndərməyiniz xahiş olunur.



VAKANSIYA 6

Odontos LTD

Odontos şirkəti "Marketinq nümayəndəsi" vakansiyası elan edir!

Namizədə verilən tələblər:

• Ali təhsil ( menecment, marketinq sahəsi) ;
• Marketinq sahəsi və bazar araşdırması üzrə 3 ildən çox iş təcrübəsi ;
• Kompüter bilikləri : MS Office, Word, Excel, PowerPoint. Photoshop və Adobe Premiere ;
• Azərbaycan dili səlis, rus və inglis dillərini orta səviyyədə(bazar araşdırması edəcək qədər) bilməli ;
• Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq ;
• Təşkilatçılıq, komandada işləmək bacarıqlarına sahib olmaq ;

İş barəsində məlumat :

• Bazar araşdırmasının hazırlanması və rəhbərliyə təqdim olunması ;
• Web səhifənin kontent panelinin idarə olunması ;
• Kiçik rubrikaların hazırlanması və videoların montaj edilməsi ;
• Satışın stimullaşdırılmasında iştirak etmək ;
• Reklam və tanıtım ehtiyaclarının təyin edilməsi ;
• Satış komandasının reklam ehtiyaclarının təmin edilməsi ;
• Promo və reklam məhsullarının sifarişlərinin verilməsi ;
• Social Medianın inkişafına dair layihənin hazırlanması ;
• Google ads və Facebook ads statistikalarının izlənilməsi ;
• Satış komandasına məhsullar haqqında təqdimatların hazırlanması ;
• Kreativ düşüncə və yaradıcı yanaşma olmalı;
• Şirkətin bir brend kimi tanınmasında iştirak etmək və brendin bazarda tanınması üçün təkliflər vermək ;
• İş qrafiki – 09:00 - 18:00 ( bazar ertəsi – şənbə) ;

Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (cv) “mövzu” yerinə “Marketinq nümayəndəsi” sözünü qeyd etməklə hr@odontos.az elektron poçtuna göndərsinlər.



VAKANSIYA 7

Minor Electronics

MİNOR ELECTRONİCS MMC SMM menecer vəzifəsi üzrə vakansiya elan edir.

Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsinə malik, olan xanım menecerlər CV və portfoliolarınızı info@minorgroup.az ünvanına gözləyirik.

Əmək haqqı – Razılaşma ilə

İş barədə məlumat:

• Səhifənin strategiyasının hazırlanmasında işdirak və təkliflərin verilməsi
• Sosial şəbəkə üzrə xüsusi kontent (post) mövzularının həftəlik qrafikinin qurulması və markaya uyğun aylıq rubrikaların yaradılması.
• Sosial şəbəkələrdə markanın rəsmi səhifəsinin istifadəçi sayının reklam hesabına uyğun olaraq artırılması.
• Sosial şəbəkələrdə markanın rəsmi səhifə istifadəçilərinin şəbəkədən istifadə etmə vaxtlarının və buna uyğun olaraq xüsusi mövzularda postların gündəlik yerləşdirilmə zamanlarının müəyyən edilməsi.
• Sosial mediya hesablarına gələn mesaj və rəylərin cavablandırılması.

www.minorstore.az

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu,M.Araz 109. Avesta konsern.10-cu mərtəbə.

Tel: +994 12 409 15 40
+994 70 255 09 20
+994 70 754 92 92



VAKANSIYA 8

Novas Agro

"Novas Agro" MMC 2019-cu ildən fəaliyyətə başlamış və əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı sahəsi olmaqla, istixana sahəsində pomidor bitkilərinin becərilməsi, pomidor məhsulunun satışı ilə məşğuldur. 2020-ci ildə ərazisini iki dəfədən çox artıraraq fəaliyyət sahəsini genişləndirmişdir. Çox qısa zaman içərisində müasir texniki avadanlıqları və keyfiyyətli məhsulları ilə "Novas Agro" brendi adı altında tanınmışdır. Strateji və gələcəkyönümlü planlarında 2021-ci ildə şirkətin daha da böyüməsi nəzərdə tutulmuşdur.

Baş nəzarətçi

Vəzifələr:

- Tapşırılmış işlərin vaxtında və dürüstcəsinə yerinə yetirilməsinin təmin edilməsi;
- Tabeçiliyində olan işçilərin davamiyyətinə, davranış qaydalarına, iş qabiliyyətinə nəzarət edilməsi və qiymətləndirilməsi;
- Cəmiyyətin daxilində təhlükəsizliyə və daxili qaydaların əməl olunmasına nəzarəti təmin edilməsi;
- Əraziyə təhlükəsiz giriş və çıxışların təmin edilməsi;
- Ərazinin səliqəli saxlanılmasına nəzarət edilməsi;
- Kamera nəzarəti sisteminə ehtiyac olduqda nəzərdən keçirilməsi;
- Yuxarı rəhbərliyə vaxtında hesabatların təqdim edilməsi;
- Görülən işləri əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin təhlükəsizliyi qaydalarına uyğun olaraq aparılması.

Bilməlidir:

- İdarəetmənin əsaslarını;
- Mühafizə sisteminin işləmə mexanizmini;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının əsaslarını.

Tələblər:

- Məsuliyyətli, kollektivdə işləmə bacarığı;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Yaş: 27-40;
- Şəxsi avtomobilin olması üstünlükdür.

İş şəraiti:

- 6 günlük iş qrafiki;
- 30 gün məzuniyyət;
- Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi;
- Əmək haqqı 600 AZN NET;
- Yemək ödəniş şəklində təmin edilir.

Əlaqə:

Müraciət üçün CV formasını mövzu yerinə “Baş nəzarətçi” qeyd etməklə hr@novasagro.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.



VAKANSIYA 9

Universal Təchizat ASC

TREYD (TİCARİ) MARKETINQ MENECERİ

İş barədə məlumat:

- Şirkətin istehsal və idxal etdiyi qida və qeyri-qida məhsullarının bazarda irəlilədilməsi strategiyalarının hazırlanması və reallaşdırılması;
- Bazarın monitorinq və təhlili, rəqabət mühitinin öyrənilməsi;
- Treyd aktivliklər üzrə kompleks təqvimin hazırlanması və tətbiq edilməsi;
- Treyd Marketinq tədbirlərinin hazırlanması, təşkili, keçirilməsinə nəzarət və effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, təqdimatlar və s.);
- Satışların analizi, məhsul çeşidlərinin planlaşdırılması və satış effektivliyinin artırılması üzrə tədbirlər planının hazırlanması;
- Qiymət əmələgəlməsi prosesində iştirak edilməsi;
- Yeni məhsulun bazara çıxarılmasında iştirak edilməsi;
- Treyd marketinq büdcəsinin planlaşdırılması və yerinə yetirilməsinə nəzarət edilməsi;
- POS materiallarının hazırlanması və satış komandası tərəfindən istifadə edilməsinə nəzarətin həyata keçirilməsi;
- Analitik hesabatların tərtib olunması və rəhbərliyə təqdim edilməsi.

Tələblər:

- Yaş həddi: 25 -35 olmalı;
- Azərbaycan və rus dili mükəmməl (ingilis - dili arzuolunandır) olmalı;
- Bölgələrə ezamiyyətə getməyə hazır olmalı;
- Yüksək səviyyədə kompüter bilgiləri (MS Office) olmalı;
- İqtisadiyyat (marketinq, treyd marketinqlə əlaqədar sertifikat və ya diplomu olanlara üstünlük verilir) üzrə ali təhsil;
- FMCG sektorunda ən azı 2 il iş təcrübəsi olmalı;

Şəxsi keyfiyyətlər:

- Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
- Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;

Digər məlumatlar:

- yüksək karyera imkanları;
- iş saatları: 09:00-dan 18:00-dək;
- 5 günlük iş qrafiki;
- əmək haqqı 800 - 1000 AZN.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "Trade marketing menecer" yazmaqla nigar986@mail.ru ünvanına göndərə bilərlər.



VAKANSIYA 10

DEFSCOPE LLC

Sales and Marketing Specialist

DEFSCOPE is looking for a Sales and Markting Specialist who is open to progress his/her skills using the opportunities provided by us to live our values and hit the main targets.

DEFSCOPE is an Azerbaijani company which has been conducting cyber security activities overseas since 2018. We are providing Information Security Services, Consulting and Trainings to our customers mainly in Canada, Europe, America, and Azerbaijan with our up-to date products and services. Our whole team is consisted of professionals who are diligent, keen to learn and qualified to represent us globally with their international experience and certificates.

If you are interested in joining a purpose driven community that is dedicated to crafting an ambitious and inclusive work environment take a chance to be a part of us.

Responsibilities and Duties

• Development of the Company's Sales and Marketing Strategy and ensure the planning and implementation of necessary measures are taken.
• Develop and implement effective programs for enhancing sales and marketing performance.
• Contact customers via emails and phone calls to offer them products and services.
• Visit clients or arrange meetings to discuss a product and how it will meet the requirements of a customer.
• Deliver sales pitches and presentations to clients, highlighting the benefits of a product to influence purchase.
• Building and maintaining the customer base and expanding it by upselling and cross-selling
• Building and maintaining profitable relationships with key customers.
• Administer the company marketing and sales function to identify and develop new opportunities within existing and new customers for products and services.
• Monitors evaluate and report competitive market conditions. Provide insight for openings to market and sell our products and services.
• Generate new clients to increase revenue through lead development and elite sales tactics.
• Maintain accurate records, including sales reports, networking reports, and other documentation.
• Drive the lead generation campaigns for all the product portfolio, from planning the campaigns down to tracking qualified leads to the sales based on global guidance.
• Continually optimize digital campaigns to grow the marketing database and generate qualified leads, track, measure, and analyze progress and ROI
• Use existing reporting tools to analyze and report on campaign performance and marketing data (campaign results, conversion rates, traffic etc.) to help shape future marketing strategies and to make recommendations for further improvement of the existing campaign.
• Assist in outbound or inbound marketing activities by demonstrating expertise in various areas (content development and optimization, advertising, events planning etc.)
• Ensure creative marketing materials undergo regular review and adhere to brand guidelines.
• Help develop, execute, and monitor marketing programs across a variety of channels.
• Providing advice how to best reach the target market.

Qualifications

• BSc/BBA degree in marketing or business-related field (MBA degree is preferred)
• 2+ years’ proven experience in a Marketing and/or B2B Sales/Marketing
• Solid computer skills, including MS Office, marketing software (Adobe Creative Suite & CRM) and applications (Web analytics, Google Adwords etc.)
• Excellent analytical skills
• Excellent written, oral, and interpersonal communication skills in English (Russian is also desired), complemented with creative thinking.
• Skilled in writing and editing content with an attention to detail.
• Strong prioritization, organization, and project management skills
• Ability to travel if necessary.
• The individual can convince people to consider options beyond that of which they have already considered or discovered themselves.
• Well organized with effective time management skills and can manage multiple tasks.
• Goal-oriented, hitting monthly and quarterly goals with the energy and stamina to work well in a fast-paced environment.
• Ability to work independently as well as in a team.

To apply for this opportunity, please send your CV to info@defscope.com quoting the position name “Sales and Marketing Specialist” in the subject line.



VAKANSIYA 11

Həsənoğlu mebel

“Həsənoğlu” mebel firmasına koordinator (resepşn) tələb olunur.

Namizədə dair tələblər:

- Təhsil: Orta ixtisas və ya ali
- Dil bilikləri: Azərbaycan və Rus dilində səlis danışıq
- İT bilikləri: MC Office proqranlarında sərbəst işləmək
- Yaş: 20-25

Vəzifə öhdəlikləri:

• Daxil olan sifarişlərin qeydiyyatının aparılması, istehsala göndərilməsi və zamanında təhvil verilməsini təmin etmək
• Daxil olan telefon zənglərinə cavab vermək
• Müdriyyətin verdiyi digər tapşırıqları yerinə yetirmək

Şəxsi keyfiyyətlər:

• Sənədlərlə və ofis avadanlıqları ilə sərbəst işləmək
• Stresə dözümlü
• Kollektivlə işləmə
• Məsuliyyətli, nizam-intizamlı

İş şərtləri:

İş vaxtı: 09:00-18:30
İş günü: 6 günlük
Əmək haqqı: 400 Azn

Maraqlanan namizədlər öz şəkilli CV-lərini hasanoglu.cv@gmail.com ünvanına göndərə bilər.



VAKANSIYA 12

Superfon

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, fəaliyyət sektorunun lideri olan bir şirkətdə öz karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Baş Mühasib

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Sahə üzrə min. 5 il
Təhsil: Ali (Mühasibatlıq, Maliyə)
Yaş həddi: 28 və ya üzəri

Vəzifə öhdəlikləri:

- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının dəqiq uçotunu təşkil etmək;
- Vergi (ƏDV, ÖMV, Mənfəət, Sadələşdirilmiş, Gəlir, Əmlak), DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
- Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- Əmək haqqı hesablanmasına nəzarət etmək, onun yoxlanılmasını və ödənişlərini icra etmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi;
- Təhtəlhesab, balans, avans hesabatının aparılmasını tərtib edilməsi;
- Debitor və kreditor borclara nəzarət;
- Daxili mühasibatlıq sistemində yerli və xarici köçürmələrin icrasına nəzarət;
- Ciddi hesabat blanklarının fasiləsiz tətbiqinə nəzarət;
- Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar.

Tələblər:

- Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər;
- Vergi Məcəlləsi üzrə biliklər;
- MS Office (xüsusilə Excel);
- 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmək bacarığı;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 6 günlük iş qrafiki;
- Korporativ mobil nömrə.

Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Baş Mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 12.05.2021-ci il.



VAKANSIYA 13

189 Delivery

189Delivery-yə Mühasib tələb olunur

Tələblər:

- Xidmət və istehsalat sahəsində mühasib kimi ən az 1-2 il iş təcrübəsi
- Ali təhsili
- Office (Excell), vergi və 1C- 8.3 proqramında işləmə bacarığı
- Komandada işləmə bacarığı

İş öhdəlikləri:

- Gəlir vergisi hesabatının hazırlanması (fiziki şəxslər üzrə)
- Sadələşdirilmiş verginin hazırlanmsı
- DSMF hesabatının hazırlanması və təqdim edilməsi
- 1C proqramına müxabirləşmələrin daxil edilməsi
- Daxili tapşırıqların yerinə yetirilməsi

Ofis-şəhərin mərkəzində
5 günlük iş qrafikı, 9.00-18.00
Əmək haqqı – müsahibə nəticəsi əsasında müəyyənləşdirilir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu yerinə “Mühasib” yazmaqla hr@189delivery.az elektron ünvanına göndərə bilərlər.

Tel:055 203 98 89



VAKANSIYA 14

Emsa Baku

“Emsa Bakı”MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat :

• Mühasibatlıq strategiyasının ve prinsiplərinin formalaşdırılmasını təmin etmək
• Vergi, statistika və DSMF hesabatların hazırlanması;
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
• Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
• Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
• Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması;
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
• Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
• İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi;
• Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
• Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

Tələblər :

- Təhsil : Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
– MS Office, BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
– Məsuliyyətli və işində dəqiq;
– Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
– Qanunvericiliyi bilməlidir və daimi izləməlidir
- Əmək haqqı namizədin bilik bacarığına əsasən təyin olunacaq.

- AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.

İş vaxtı:Həftə içi 6 gün,şənbə qisa iş günü

Göstərilən tələblərə cavab verən namizədlərdən şəkilli CV-lərini mövzü yerinə "Mühasib" yazaraq hr@emsa.az ünvanına göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.



VAKANSIYA 15

Mebel mağazası

Lazzoni və Natuzzi mağazaları üçün Satış Meneceri vakansiyası!

Tələblər

- 22-35 yaş arası xanımlar müraciət edə bilər
- Mebel və geyim sahəsində ən az 3-il təcrübəsi olan
- Rus dilini yaxşı səviyyədə bilmək İngilis dili arzu olunandır.
- Kompüterden anlayışı olmaq (Ofis progamlarını bilmək)
- Satış sahəsində anlayışı olmaq.

Vəzifələr

- Müştəri istəklərini öyrənmək və istəkləri üzərindən müştəriyə modellər göstərmək.
- Müştərinin evinin ölçülərini (çertyojunu) almaq və ölçülərə uyğun modellər göstərmək
- Sistemə uyğun qiymət təklifini hazırlamaq.
- Satışdan sonra müşterinin sifarişini təqib etmək
- Müştəri malları təslim alanadək düzgün xidmət göstərmək.
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq, məhsullar üzrə məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək;
- Kollektivdə mehriban və məsuliyyətli olmaq, komanda işi nümayiş etdirmək;
- Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;

İş şəraiti:

- AR Əmək məcəlləsinə əsasən sənədləşmə
- İş saatı 10:00dan 19:30dək
- Nahar Şirkət tərəfindən verilir

Əmək haqqı : 600 -800 + Bonus

E-mail : samsung-022@mail.ru (CV-lər rəsmli şəkildə qəbul olunur)



VAKANSIYA 16

Prior Leasing

“Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ texnologiyaların istifadəsinə üstünlük verir.

Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı seçilərək öz müştərilərinə Agentliyin vəsaitləri hesabına güzəştli lizinq təklif etməyə nail olmuşdur.

Vəzifə: Mühasib (mütəxəssis)

İşin təsviri:

- Gündəlik olaraq E-Gov.Az portalindan yeni gələn YGB-lərin işlənməsi.
- İdxal olunan malların maya dəyərinin hesablanması.
- Satış qiymətinin təyin edilməsi və sistemə daxil edilməsi.
- GNİ əməliyyat sisteminə idxal olunan malların işlənməsi, xərclərin əlavə edilməsi.
- Yeni malların faktiki anbar qalığına əlavə edilməsi.
- Satılmış mallar üzrə TTA və buraxılış vərəqəsinin tərtib olunması, təhvil verilmiş mallar üzrə GNİ əməliyyat sistemində gəlir xərcin tanınması və Faktiki anbar qalığından həmin malların silinməsi.
- Satılan mallar üçün e-qaimənin yazılması və Vergi Kargüzarlığına daxil edilməsi.
- Aylıq satış hesabatların hazırlanması.
- Anbarlararası yerdəyişmənin təşkili.

Namizədə dair tələblər:

- Maliyyə və Mühasibatlıq sahəsində ali təhsil;
- Mühasibatlıq üzrə ən azı 3 il iş təcrübəsi (istehsal, ticarət, inşaat);
- MS Office (xüsusilə MS Excel), 1c 7.7 və 1c 8.3, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
- GNİ Sistemi, E-taxes.gov.az, e-gov.az (YGB izlənilməsi), Bitrix24, Azpetrol, Google sheet faktiki anbar qalığı cədvəli;
- Vergi qanunvericilikləri üzrə məlumatlı;
- Azərbaycan və Rus dilləri- sərbəst;
- İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran;

İş qrafiki:

- 6 günlük iş həftəsi
- Ünvan: Çinar Park B/M, Əhməd Rəcəbli 1/25
- Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir

Maraqlanan namizədlər mövzu yerində “Mühasib (mütəxəssis)” yazmaqla öz CV-lərini hr@priorleasing.az ünvanına göndərə bilərlər.

QEYD: İşə qəbul proseduruna uyğun olaraq vakansiya üzrə namizəd seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir.



VAKANSIYA 17

Azmədənistehsal MMC

AZMƏDƏNİSTEHSAL MMC

Vəzifə: Satış meneceri

Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək.
İş yeri: Xırdalan qəsəbəsi

Namizədə tələblər:

• Ali təhsil
• Satış meneceri kimi minimum 1 il iş təcrübəsi
• Kompüter bilikləri: Word, Excel, Outlook
• Dil bilikləri: Azərbaycan dili, Rus və İngilis dili

İş öhdəlikləri:

- Cəmiyyətin istehsal etdiyi məhsulların satışını həyata keçirmək, yeni satış kanallarının araşdırıb tapılmasını, satış bazarının araşdırılmasını və müştəri təlabatının öyrənilməsini təşkil etmək;
- Müştərilərlə əlaqələr quraraq Cəmiyyətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq və onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
- Satışın yüksəldilməsi və satış prosesinin effektivləşdirilməsi ilə bağlı məsələlərdə fəal iştirak etmək və öz təkliflərini rəhbərliyə bildirmək;
- Müştərini tam razı salan davranış nümayiş etdirmək, onu lazımi informasiyalarla təmin etmək və müştəri problemlərini dərhal araşdıraraq müvafiq tədbirlər görmək;
- Aylıq, rüblük, illik satış planlarını hazırlamaq, rəhbərliyə təqdim etmək və plana uyğun fəaliyyətini həyata keçirmək;
- Həm daxili, həm də xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən etmək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra etmək, onlara nəzarət etmək və təhlillər aparmaq;
- Satış bazarında reklam ehtiyacını təhlil etmək, satış məqsədləri üçün reklam mətnlərini hazırlamaq, cəmiyyətin reklam fəliyyətini təşkil etmək, reklam yerləşdirmələrinə aid reklam agentlikləri ilə əməkdaşlıq etmək;
- Digər şöbələrlə sıx əlaqə saxlayaraq öz vəzifələrini həyata keçirmək və onlardan dəstək almaq.
- Məhsul çeşidinin planlaşdı¬rılması, və Cəmiyyətin məhsul siyasətinin hazırlanmasında iştirak etmək; istehsal edilən və gələcəkdə isteh¬sal edilməsi nəzərdə tutulan məhsul növlərinin və çeşidlərinin müəyyən edilməsində iştirak etmək;
- İstehsalın bazarın tələbatına və müştərilərin tələbinə uyğunlaşdırılması üçün təkliflər vermək;
- Cəmiyyətin məhsullarına qiymətqoyma strategiyası və taktikasını işləyib hazırlamaq;
- Satışa buraxılan məhsulu Cəmiyyətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada müştərilərə və satış məntəqələrinə vaxtlı-vaxtında çatdırılmasını təmin etmək;
- Satışa buraxılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb rəhbərliyə yazılı surətdə təqdim etmək;
- Məhsulların təslimi və ödəmələr zamanı meydana çıxan problemləri həll etmək, satış sonrası xidmətlə əlaqədar ortaya çıxan problemləri həll etmək;
- Satışla əlaqədar seminar və təlimlərdə iştirak etmək, özünə bağlı kadrları idarə etmək və bu kadrları öyrətmək;

İş qrafiki:

• 6 günlük iş norması
• Nahar şirkət tərəfindən verilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini rahib.pashayev@azmedenistehsal.az elektron ünvanına (“satış meneceri” başlığı ilə) göndərməyini xahiş edirik.