Image description

Elektron ticarət nəhəngi Alibaba Group, Çinin tənzimləyici qurumlarının şirkətə verdiyi 2.8 milyard dollarlıq rekord cəzadan (maliyyə sanksiyası) sonra yazdığı açıq məktubda tənzimləyici qurumlara qeyri-ənənəvi cavab verərək təşəkkür edib.

İndex.az xəbər verir ki, Şirkət mövzu ilə əlaqədar yazdığı bir açıq məktubda, "hökumətin sərt tənzimləmələri (tələbləri) olmasa bu böyüklüyə çata bilməzdik, nəzarətlər inkişafımızda əhəmiyyətli rol oynadı. Bunun üçün də təşəkkürümüzü bildiririk" ifadələrinə yer verib.

Çinin tənzimləyici orqanları bu cür cəzalar ilə ölkənin ən böyük şirkətlərinə və liderlərinə rəqabətə zidd davranışlarının müəyyən nəticələri olacağı mesajını verir.

Təxminlərdən daha az olan 2.8 milyard dollarlıq cəza, şirkətin qurucusu Jack Ma-nın internet imperatorluğu üzərindəki qara buludların dağılmasını təmin edib. Cəza, Alibaba-nın 2019-cu ildə Çində əldə etdiyi gəlirin 4%-nə bərabər gəlir.

Alibaba-nın səhmləri bu səhər Honq Konada 5.5% bahalaşıb.

Şirkətin qurucu ortağı Joseph Tsai bu günki yığıncaqda qərarın ədalətli rəqabəti təmin etmək üçün verildiyini və bu mövzunu artıq geridə qoymaqdan məmnun olduqlarını bildirib.


©Marja