Image description

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanda geniş mənada pul kütləsi (M3) 6,6% artaraq 2021-ci ilin sonuna 30,937 mlrd. manata çatacaq.

İndex.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının aprel buraxılışında deyilir.

Bu gözlənti 2020-ci ilin oktyabrında verilən proqnozdan 1,6 faiz bəndi çoxdur. 2022-ci ildə isə ölkədə geniş mənada pul kütləsinin həcminin 7% artması gözlənilir.

Qeyd edək ki, 2020-ci ilin yekunlarına əsasən, Azərbaycanda geniş pul kütləsinin həcmi 1,1% artaraq 29,186 mlrd. manat təşkil edib. Həmin tarixə, bu qeydə alınan ən yüksək göstərici idi. Beləliklə, Fondun 6,6%-lik artım proqnozunu nəzərə alaraq, 2021-ci ilin sonuna ölkədə M3 pul aqreqatının həcmi özünün tarixi rekordunu yeniləyəcək.

Xatırladaq ki, geniş pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.


©Apa