Image description

Cari ilin martında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 350 milyon 135,2 min manat olub

İndex.az xəbər verir ki, komitədən bildirilib ki, ötən ay gömrük rüsumları üzrə büdcə daxilolmaları 101 milyon 893,8 min manat, əlavə dəyər vergisi üzrə 228 milyon 330,5 min manat, aksizlər üzrə 15 milyon 460,4 min manat, yol vergisi üzrə isə 4 milyon 450,5 min manat təşkil edib.

Xatırladaq ki, fevralda komitənin dövlət büdcəsinə daxilolmaları 310 milyon 667,2 min manat olmuşdu.

Bizi Telegram-da izləyin: t.me/indexaz