Image description

“Qlobal pandemiyanın turizm sektorunda yaratdığı çətinliklər və məhdudiyyətlər olmasaydı, turizm sahəsində daha ciddi uğurlardan və nəticələrdən danışmaq olardı”. 

İndex.az xəbər verir ki. bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 2020-ci ildə görülən işlərlə bağlı hesabat tədbirində məlumat verib.

Onun sözlərinə görə. lakin əminik ki, post pandemiya dövründə turizm sektoru yenə də öz aktuallığını saxlamaqla, ölkə iqtisadiyyatında prioritet sahə statusunu qoruyacaq və yeni çağırışlara uyğun inkişaf edəcək: “Xüsusilə qeyd olunmalıdır ki, ötən il Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizin geniş turizm potensialı var. Bu isə turizm sahəsində fəaliyyət göstərən biznes subyektləri üçün geniş perspektivlər vəd edir”. 

O qeyd edib ki, bu istiqamət üzrə KOBİA, Dövlət Turizm Agentliyi və bu sahədə fəaliyyət göstərən assosiasiyalar birgə əməkdaşlıq formatında səylərini birləşdirməlidir. 

Onlayn formatda təşkil olunmuş tədbirdə qeyd edilib ki, KOBİA işğaldan azad edilmiş ərazilərə yerli və xarici investisiyaların cəlb edilməsi, zəruri dəstək tədbirlərinin, əlaqələndirmənin həyata keçirilməsinə və birgə əməkdaşlığa hazırdır.

Tədbirdə həmçinin, ötən il turizm sektorunda KOBİA-nın Dövlət Turizm Agentliyi ilə birgə həyata keçirdiyi layihələr, o cümlədən Balaxanı qəsəbəsinin yeni turizm məkanına çevrilməsi üçün KOBİA, Dövlət Turizm Agentliyi və “Bakı Abadlıq Xidməti” MMC-nin birgə əməkdaşlığı, Astara şəhərində fəaliyyətə başlamış və postpandemiya dövründə xüsusilə daxili və sərhədyanı turizmin inkişafında əhəmiyyətli olacaq turizm kompleksi, birgə maarifləndirmə tədbirləri barədə məlumat verilib.

Eyni zamanda ötən il İstanbulda keçirilmiş “MUSİAD Expo 2020” sərgisində KOBİA-nın təşkilatçılığı ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialının nümayiş olunduğu diqqətə çatdırılıb.