Image description

Yaxın zamanda SOCAR-ın Metanol Zavodu planlaşdırılmış təmir-sazlama işlərindən sonra fəaliyyətini bərpa edəcək.

İndex.az xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, təmir işlərinə təxminən ilin əvvəlindən başlanılıb: "Təmir-sazlama işləri yaxın zamanda başa çata bilər, amma hələlik dəqiq tarix müəyyən edilməyib".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 0,1 min ton metanol (metil spirti) istehsal edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 99,9% azdır. Ötən il isə ölkədə 476,6 min ton metanol istehsal edilib ki, bu da illik ifadədə 24,4% çoxdur.

Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatına əsasən, Metanol Zavoduna xammal olaraq 524,4 mln. kubmetr həcmində qaz verilib. Ötən il istehsal edilən metanolun 97,9%-i ixrac edilib.

APA