Image description

“Ümid edirik ki, vaksinləşmənin qlobal olaraq başlaması ilə sərhədlər tezliklə açılacaq. 

İndex.az vəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 2020-ci ildə görülən işlərlə bağlı hesabat tədbirində bildirib.

Onun sözlərinə görə, o vaxta qədər 2021-ci ildə əsas diqqəti daxili turizm və Qarabağın turizm potensialının inkişaf etdirilməsinə yönəldiəcək: “Biz ümid edirik ki, mərhələli şəkildə beynəlxalq səyahətlər yenidən başlayacaq, biz isə yerli sənaye tərəfdaşlarımızın yenidən beynəlxalq platformalarda iştirak edərək Azərbaycanı xaricdə təbliğ etməsi işinə dəstək verəcəyik. Çünki biz ancaq birlikdə gözəl ölkəmizi dünya səyahətçilərinin birinci sırada olan seçimlərindən edə biləcəyik”.

F. Zenqstşmid turizm sənayesini post-pandemiya dövrünə hazırlamaq üçün həyata keçirilən tədbirlər haqqında danışıb. O, həmçinin Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdə gəlmə turizmi ilə məşğul olan şirkətlərin postpandemiya dövründə fəaliyyətlərinə dəstək olmaq, bu sahədə innovativ və rəqəmsal yanaşmanı inkişaf etdirmək məqsədilə həyata keçirilən rəqəmsallaşdırma proqramının prioritet oduğunu və  2021-ci ildə həyata keçiriləcəyini bildirdib.