Image description

“Netflix” platforması “Sony Pictures Entertaintment” ilə beşillik müqavilə imzalayıb.

İndex.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Razılığa əsasən, 2022-ci ildə başlayaraq studiyanın filmləri kinoteatrlarda nümayiş olunduqdan sonra yalnız “Netflix”də yayımlanacaq. Artıq gələn il “Netflix” platformasında “Uncharted” oyununun və “Where the Crawdads Sing” romanının ekranizasiyasını izləmək mümkün olacaq. Gələcəkdə platformada həmçinin “Hörümçək adam: Kainatlardan keçərək” cizgi filmi görünəcək.

Eyni zamanda, “Netflix” “Sony Pictures Entertaintment”in kitabxanasından bir sıra filmlərə lisenziya hüququnu qazanacaq. Xüsusilə, “Columbia Pictures” şirkətinin son 100 ildə buraxdığı bütün filmlərə.

Bundan əlavə, “Sony” “Netflix”ə onlayn-yayım üçün nəzərdə tutulmuş filmləri təqdim edəcək. Onlardan bəzilərini “Netflix” özü maliyyələşdirəcək.



©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz