Image description

2021-ci ilin ilk rübündə dünyanın kriptovalyuta bazarına 4,5 milyard dollar vəsait yatırılıb.

Index.az «Röyters»ə istinadən xəbər verir ki, bu bütün dövrlər üzrə ən yüksək göstəricidir.

Rəqəmsal valyuta idarəçisi olan «Coinshares» şirkətin tərəfindən aprelin 7-də açıqlanan məlumatlara görə, ilk rübdə kriptovalyuta fondlarına yatırım rekordu vurulub – 4,5 milyard dollar.

«Coinshares»in məlumatına görə, bu 4,5 milyard dolların 3,5 milyard dolları Bitcoin-ə, 765 milyon dolları Ethereuma- və digər valyutalara yatırılıb.

Qeyd edək ki, bundan əvvəlki rübdə – 2020-ci ilin 4-cü rübündə kriptovalyuta bazarına 3,9 milyard dollar yatırılmışdı. Bu artım kriptovalyutalara şirkətlərin yatırımlarının artdığını göstərir.

Doğrudur, yatırımların artım sürəti zəifləyib. Belə ki, 2020-ci ilin sonuncu rübü ilə birinci rübü arasında yatırımların həcminə görə 240%-lik artım olmuşdu. Qeyd edək ki, bu həftənin əvvəlində kriptovalyutaların bazar həcmi 2 trilyon dolları keçib.


©Fed