Image description

Bu ilin I rübündə dövlət büdcəsinə vergi daxilolmaları 2 085,73 milyon manat təşkil edib. Bununla da proqnoza 121,1% əməl edilib.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşımında qeyd edib.

"Birinci rübdə büdcəyə əlavə daxilolmalar 363,8 mln. manatdan çox olub ki, bunun da 211,1 mln. manatı qeyri-neft-qaz sektorunun payına düşür"-deyə nazir əlavə edib.