Image description

Bu ilin iki ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən hava nəqliyyatı vasitələrinin sığortası üzrə 3 milyon 457 min manata yaxın sığorta haqqı toplanıb, 99 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.

İndex.az Mərkəzi Banka istinadən bildirir ki, illik müqayisədə hava nəqliyyat vasitələrinin sığortası üzrə toplanan haqlar 2 milyon 18 min, ödənişlər isə 314 min azdır.

Həmçinin qeyd edək ki, iki ay ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən dəmiryol nəqliyyatı vasitələrinin sığortası üzrə 15 min manat məbləğində sığorta haqqı toplanıb, qeyd edilən dövr ərzində sığorta ödənişi olunmayıb.


©Banker