Image description

“Bakı şəhərinin İcra Hakimiyyəti tərəfindən yeni parkın tikintisinə dair verilmiş 18 noyabr 2014-cü il tarixli sərəncama əsasən, Bank Melli İran Bakı Filialına məxsus 9 milyon 295 min 963 manat xalis dəyərində bina sökülmüşdür. Bu fakt qeyri-ənənəvi ticarət alacağı məbləğinin yaranmasına səbəb olmuşdur”.


Index.az xəbər verir ki, bu, Bankın 2020-ci il üzrə Maliyyə Hesabatında bildirilir.

Hesabtada qeyd edilib ki, tərəflər kompensasiyaya dair razılığa gələ bilmirlər:

“Buna baxmayaraq, Bankın Rəhbərliyi inanır ki, onların şərtləri qəbul ediləcəkdir. Hazırda Bank dəymiş zərər üzrə kompensasiya əldə etmək üçün tədbirlər görür. Bu məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Bank binanın sökülmə tarixində xalis qalıq dəyərinə, yəni yığılmış köhnəlmə çıxılmaqla yenidən qiymətləndirilmiş dəyərinə bərabər məbləğin əldə edilməsini iddia edir. Bina 3 iyul, 2013-cü il tarixində Müstəqil Qiymətləndirici Şirkət tərəfindən yenidən qiymətləndirilmişdir. Qiymətləndirilmə üçün istifadə edilmiş əsas əvəzedilmə dəyəri, diskontlaşdırılmış pul axını və bazar dəyəri metodlarının yığımı olmuşdur. Binanın qiymətləndirmədən sonrakı ədalətli dəyəri 9 milyon 400 min manat təşkil etmişdir. Bina ilkin olaraq Bankdan alınmış depozitlər üçün Royal Bank tərəfindən girov qoyulmuşdur. Bu girov dəyərsizləşmə üzrə ehtiyat qarşılığında 2013-cü ildə məhkəmə qərarı ilə Bank tərəfindən əldə edilmiş, binalar və avadanlıqlar kimi tanınmış və ilkin olaraq yenidən qiymətləndirilmiş dəyərdə qiymətləndirilmişdir”.

Hal-hazırda iş məhkəmə icraatındadır.



©Marja