Image description

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") törəmə müəssisəsi - "Azərrabitəlayihə" MMC-nin direktoru Alpay Kərimov vəzifəsindən azad edilib.

Index.az xəbər verir ki, bundan sonra şirkətə Suleyman Əhmədov rəhbərlik edəcək.

"Azərrabitəlayihə" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1400 manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.

"Baktelecom"un tərkibində "Azərrabitəlayihə"dən əlavə telekommunikasiya operatoru “Azeurotel” MMC də fəaliyyət göstərir. (Report)