Image description

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramında nəzərdə tutulmuş dializdə istifadə olunan tibbi təyinatlı vasitələrin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

index.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Zeytun Pharmaceuticals" MMC-dir.

Qalib şirkətə 13 358,4 min manat ödəniləcək.

Report