Image description

Azərbaycanda subsidiya almaq üçün dövlət qurumlarına qəsdən səhv məlumat verən fermerlər cərimə ediləcəklər.

İndex.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulur. Məcəlləyə 411-2-ci maddə əlavə ediləcək.

"Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulması" adlanan maddəyə əsasən fermer tərəfindən "Elektron kənd təsərrüfatı" informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə - ona xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

©FED