Image description

2020-ci ildə Azərbaycandan Gürcüstana 53,9 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Məlumata görə, bu, 2019-cu illə müqayisədə 2,4 dəfə çoxdur.

Hesabat ilində Gürcüstandan Azərbaycana pul köçürmələri isə 13,1% artaraq 16,3 milyon dollar təşkil edib.