Image description

“AGBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bankla bağlı apelyasiya məhkəməsinə müraciət edib.

İndex.az xəbər verir ki, müraciət “AGBank” ASC-nin 30 sentyabr 2020-ci il və 30 dekabr 2020-ci il tarixə kimi müəyyən edilən əmlakının vəziyyətinə dair hesabatların təsdiq edilməsi barədə ərizəyə baxılması ilə bağlıdır.

Məsələyə, 9 aprel tarixində Bakı Apelyasiya Məhkəməsinə baxılacaq.

Bununla belə, eyni tarixdə ADIF “AGBank”ın ləğvedilməsi məsələsinə də baxılacaq.

Xatırladaq ki, “AGBank” Azərbaycanda əmlakına görə ikinci ən böyük bankdır. 1 aprel 2020-ci il tarixinə görə, “AGBank”ın 117.47 milyon manat həcmində əmlakı var. Bankın ötən ilin mayında lisenziyası ləğv edilib.


©BANKER