Image description

İş barədə:

- Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması
- Şirkətin uğurlu imicinin yaradılması
- Biznes proseslərinin təkmilləşdirilməsi
- Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, şirkətin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili
- Bazarda mövcud olan şirkətlərin, onların məhsullarının və tariflərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası
- Yeni məhsulların yaradılması, onların təşviq metodlarının seçilməsi
- Marketinq planının hazırlanması və koordinasiyası
- Zəruri marketinq tədbirlərinin müəyyən edilməsi
- Marketinq xərclərinin optimallaşdırılması
- Məhsulların satılması üçün yeni kanalların axtarılması
- Reklam aksiyalarının təşkili və keçirilməsi, bukletlərin, flayerlərin, təqdimatların və digər reklam məhsullarının hazırlanması
- Reklam və media şirkətləri ilə əlaqələrin qurulması, onlardan təkliflərin alınması, sərfəli təkliflərin müəyyən edilməsi, müqavilələrin bağlanması və sonraki işlərinə nəzarət
- Media və kütləvi informasiya vasitələrində reklamın yerləşdirilməsi
- Şirkətin saytının və sosial şəbəkələrdə səhifələrinin dəstəyi
- İstehlak tələbinin araşdırılması üçün müştəri sorğu vərəqəsinin hazırlanması
- Müştərilərin şirkətə bağlılığını artırmaq üçün promo hədiyyələrin seçilməsi və sifarişi
- Müştərilərlə əlaqələrin qurulması
- Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi
- Dövrü hesabatların hazırlanması və təhlili
- Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməs
- Müqavilələrin hazılanması və hazır müqavilələrin hüquqi cəhətdən nəzərdən keçirilməsi;
- Şirkətin profili üzrə respublikadaxili ve beynəlxalq tenderlərin izlənməsi;
- Tender şərtlərinin hüquqi cəhətdən araşdırılması və qiymətləndirilməsi;
- Tender təkliflərinin hazırlanması;
- Tender təkliflərinin və digər hüquqi sənədlərin tərcüməsi (azərbaycan dilindən ingilis dilinə və tərsinə, azərbaycan dilindən rus dilinə və tərsinə, rus dilindən ingilis dilinə və tərsinə);
- Respublikadaxili va xarici bines partnyorlarla yazışmaların aparılması ve biznes əlaqələrin yaradılması;
- Müxtəlif sərgilərdə, konfranslarda iştirak üçün prezentasiyaların, gündəliyin və digər sənədlərin hazırlanması;
- Vaxtaşırı olaraq şirkətin məhsulları, göstərdiyi xidmətlər haqqında potensial müştərilərə təkliflərin göndərilməsi;
- Azərbaycanda və xarici ölkələrdə keçirilən müxtəlif biznes tədbirlərdə iştirak etmək və şirkəti təmsil etmək;
- Şirkətin əlaqələrini genişləndirmək məqsədilə yerli və xarici tərəfdaşlarla görüşlərin keçirilməsi və danışıqların aparılması;

Tələblər:

1.Ali təhsil
2.Bazar iqtisadiyyatının əsasları;
3.Sənədləşmənin rəsmiləşdirilməsi qaydaları;
4.Satış siklinin və sifarişçinin qərarlarına təsir edəcək faktorların ,biznes-proseslərdə müntəzəm rast gəlinən problemlərin və onların həlli qaydalarının əla dərk edilməsi.
5.Yaxşı təşkilatçılıq qabiliyyəti,eyni vaxtda çoxsaylı məsələlərin həlli:
6.Əmək qanunvericiliyinin əsasları;
7.Müəssisədaxili əmək-nizam qaydaları;
8.Əməyin mühafizəsi norma və qaydaları.

Əmək haqqı: YÜKSƏK
Təhsil : Ali
Yaş: 25-35
İş qrafiki:
I-V günlər 09:00 - 17:00, şənbə 9:00-13:00

Vakansiya ilə maraqlanan namizədlər hr@butagroup.com e-mail ünvanına “Dərman və toxum satışı üzrə biznesin inkişaf müdiri” yazmaqla CV-lərini göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Bizi Telegram-da izləyin: t.me/indexaz