Image description

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən valyuta məzənnəsinin idarə etməsinin və monetar siyasətin əlaqələndirilməsinin təkmilləşdirilməsi Azərbaycanın valyuta bazarında sabitliyi artıracaq.

Bu barədə "Moody's Investors Service" ("Moody's") agentliyinin Azərbaycan üzrə hesabatında deyilir.

Qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən dövlət büdcəsinə bilinən həcmdə müntəzəm transfertlər vasitəsilə ABŞ dolları transfertindən başqa, AMB həm də özü dollara olan tələbatın müvəqqəti artımını qarşılamaq üçün valyuta hərraclarının tezliyini artırmaq qabiliyyətinə malikdir.

Agentliyin ekspertləri hesab edir, gələcəkdə proqnozlaşdırıla bilən və şəffaf monetar və məzənnə siyasətinin sistematik istifadəsi makroiqtisadi sabitliyi və şoklara davamlılığı artıracaq.

Qeyd edilir ki, ARDNF-nin aktivləri COVID-19 pandemiyasının mənfi təsirlərinə baxmayaraq, artmağa davam edib və dövlətin birbaşa borcunun 480%-ni bağlamağa kifayətdir.

"Moody's" agentliyinin neft qiyməti üzrə 45-65 dollar civarında olan proqnozunun nəzərə alaraq, ARDNF-nin büdcəyə transfertlərində kəskin bir artımın baş verməyəcəyi halda, Fondun aktivlərinin gələcək bir neçə il ərzində artacağı gözlənilir.

Xatırladaq ki, 2021-ci il yanvarın 1-ə ARDNF-nin aktivlərinin həcmi 43 milyard 564,3 milyon dollar (illik 0,56% artım) təşkil edib.

APA

Bizi Telegram-da izləyin: t.me/indexaz