Image description

Mayın 20-də saat 12:00-da "Xəzər-Lada" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

İndex.az xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 16-cı km ünvanında yerləşən inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə şirkətin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi, Təftiş Komisiyasının aktının müzakirə olunması, qurumun İdarə Heyətinin yeni sədrinin seçilməsi, səhmdarlara dividend ödənilməsi, mükafatlandırma və kənar auditorun seçilməsi məsələsi daxildir.