Image description

2020-ci ildə pandemiyanın mənfi təsirlərilə mübarizə baxımından bir çox ölkədə gündəmə gələn kredit genişləməsinə dair normallaşma çağırışları davam edir.

Çin Mərkəzi Bankı (PBOC) ilin ilk 2 ayında kredit qoyuluşlarının artmasının "köpük" riskini canlandırdığı səbəbilə ölkənin böyük banklarına ilin qalan hissəsində kreditlərdə "əyləcə basmaq" çağırışı edib.

İndex.az xəbər verir ki, Bloomberg-ə danışan mənbələrə görə, PBOC 22 Martda təşkil edilən bir yığıncaqda banklardan 2021-ci ildə kreditlərdəki artımı təxminən keçən illə eyni səviyyədə saxlamalarını istəyib. 2020-də banklar təxminən 3 trilyon dollarlıq rekord kreditə imza atıblar. 2020-də verilən bu kreditlərin beşdə biri pandemiyanın mənfi təsirlərini azaltmaq üçün verilib.

Çində bankların kredit təklifini eyni səviyyədə saxlamalarının təxminən 11%-lik bir artım olacağı hesablanır.