Image description



Azərbaycanın “PAŞA Bank” ASC-nin törəməsi olan “PAŞA Bank Gürcüstan” 2020-ci ili 10 milyon 749 min manat xalis zərər ilə başa vurub. Bank 2019-cu ili 5 milyon 472 min manat xalis zərər ilə bağlamışdı.

“PAŞA Bank Gürcüstan”nın zərər etməsinin başlıca səbəbi açıqlanıb.

“İndex.az”ın məlumatına görə, “PAŞA Bank”ın ötən ilki fəaliyyətinin və 2018-2020-ci illəri əhatə edən Strateji dövrünün nəticələrinə həsr olunan mətbuat konfransında Bankın İdarə Heyətinin Üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib ki, xalis zərərin səbəbi investisiyalar ilə bağlıdır:

“PAŞA Bank Gürcüstan” artıq yeni strategiyasının 2-ci ilini yaşayır. Yeni sektora investisiya qoyurlar – istehlak bazarını inkişaf etdirirlər. Hər bir investisiyatının yatırım və gəlir götürmə mərhələləri var. Xalis zərərin səbəbi investisiyalar ilə bağlıdır. Əməliyyat xərcləri planlaşdırılan gəlirlər ilə müqayisədə yüksəkdir. Bu investisiyaların bəhrəsini növbəti ildən görməyə başlayacağıq".

Bəhruz Nağıyev əlavə edib ki, “PAŞA Bank Gürcüstan” faiz, haqq və komissiya və valyuta əməliyyatlarından gəlirlərini artırıb.

PAŞA Bankın digər törəməsi "PAŞA Bank Türkiyə" isə xalis mənfəət ilə fəaliyyət göstərib. Bank 2019-cu ili 7 milyon 694 min manat, 2020-ci ili isə 7 milyon 651 min manat xalis mənfəət ilə başa vurub.