Image description

Aprelin 5-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AzFinance" investisiya şirkətinin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Yerləşdirmə üzrə anderrayter “AzFinance" investisiya şirkətidir.

Diskontlu, təmin edilməmiş 1000 ədəd istiqrazın nominal dəyəri 1000 manat, tədavül müddəti 5 ildir.