Image description

PAŞA Bank qrupu (PAŞA Bank Azərbaycan, PAŞA Bank Türkiyə və PAŞA Bank Gürcüstan) 2020-ci ili 79 milyon 483 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu illə müqayisədə qrupun xalis mənfəəti 3% artıb.

“İndex.az”ın məlumatına görə, bunu PAŞA Bankın ötən ilki fəaliyyətinin və 2018-2020-ci illəri əhatə edən Strateji dövrünün nəticələrinə həsr olunan mətbuat konfransında Bankın İdarə Heyətinin Üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib.

PAŞA Bank qrupu 2019-cu ili 77 milyon 97 min manat xalis mənfəət ilə bağlamışdı.

Bəhruz Nağıyev qeyd edib ki, PAŞA Bank Gürcüstan 2020-ci ili 10 milyon 749 min manat xalis zərər ilə, PAŞA Bank Türkiyə isə ötən ili 7 milyon 651 min manat xalis mənfəət ilə bağlayıb.

"PAŞA Bank Gürcüstan istehlak bazarını inkişaf etdirməyə çalışır və bu məqsədlə investisiyalar yatırıb. Zərərin səbəbi investisiyalar ilə əlaqədar olaraq yüksək xərclərdir. Növbəti ildən başlayaraq bu investisiyaların bəhrəsinin olacağı və törəmə bankımızın mənfəətə çıxacağı gözlənilir",- Bəhruz Nağıyev deyib.

Bizi Telegram-da izləyin: t.me/indexaz