Image description

“Aztelekom” MMC vətəndaşlara müraciət edib.

Dövlət şirkətindən bildirib ki, vətəndaş müraciətlərini daim operativ və dəqiq şəkildə cavablandırmağa çalışır:

"Facebook səhifəmizə paylaşımların şərh bölməsinə gələn müraciətləri əksər hallarda mesaj bölməsinə yönləndirir və şəxsi məlumatlarınızı mesaj qutusuna göndərməyinizi xahiş edirik. Bəzi hallarda bu vətəndaşda sual yaranmasına, bəzən isə narazılığa səbəb olur. Qeyd etmək istərdik ki, "Aztelekom" daim vətəndaşların mənafeyini düşünür və internet xidmətlərindən istifadə, həmçinin xidmətlə bağlı sorğuların araşdırıldığı zaman vətəndaşların təhlükəsizliyini nəzərə alır. Şəxsi məlumatların ictimai şəkildə paylaşılmasının güvənli olmaması səbəbindən sizə aid məlumatları mesaj qutusuna göndərməyiniz daha məqsədəuyğundur. Anlayışınız üçün təşəkkür edirik".