Macarıstan Azərbaycana birbaşa xarici investisiyaları 5 dəfədən çox artırıb

Ötən il Macarıstandan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,018 milyard ABŞ dolları təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, birbaşa xarici investisiyaların həcmi il ərzində 5,15 dəfə və ya 821,195 milyon ABŞ dolları artıb.

Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Macarıstandan yatırılan investisiyaların payı 14,5 % təşkil edir.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına 7,046 milyard ABŞ dolları (+5,83 %) həcmində birbaşa xarici investisiyalar yatırılıb.