“YouTuber” 26 yaşını qeyd etmək üçün 26 fərqli “Tesla” hədiyyə edir

Son illərin ən əhəmiyyətli məzmun istehsalçılarından biri olan məşhur “YouTuber” MrBeast, 26 yaşını qeyd etmək üçün 26 fərqli “Tesla” hədiyyə edir.

İndex.az xəbər verir ki, MrBeast, bu Instagram postunu bəyənən, iki dost əlavə edərək şərh yazan və izləməyə başlayan 26 nəfərə “Tesla” elektrik avtomobili hədiyyə edəcək.

İndiyədək milyonlarla bəyənmə və şərh alan məzmun artıq son zamanların ən populyar “Instagram” paylaşımlarından birinə çevrilib. 26 “Tesla” üçün ən azı 1,1 milyon dollar xərclədiyi güman edilən Jimmy Donaldson, qalibləri yaxın günlərdə elan edəcək.