Səudiyyə Ərəbistanında güclü daşqın Məkkə və Mədinə kimi müqəddəs şəhərlərin küçələrini su altında qoyub.
İndex.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Güclü yağışlardan sonra sel avtomobilləri yuyub aparıb”, – məlumatda bildirib.
Səudiyyə Ərəbistanının Meteorologiya İdarəsi Məkkə, Mədinə və Ciddə liman şəhəri üçün qırmızı təhlükə səviyyəsi elan edib.