Eurowings, İsveçrə, Brüssel və Avstriya Hava Yollarına sahib olan “Lufthansa Group” 2025-ci il üçün məşğulluq hədəflərini açıqlayıb.
İndex.az xəbər verir ki, müvafiq olaraq, Alman şirkəti təxminən 10 min nəfəri işə götürməyi planlaşdırır.
Açıqlamada bu il 1300 texnik, 2000 stüardessa və 800 pilotun işə götürüləcəyi, yeni işə qəbulların yarıdan çoxunun Almaniyada baş tutacağı bildirilib.
Ötən il “Lufthansa Group” 350 min müraciətdən 13 min nəfəri işə götürüb.
Qrupun 90 ölkədə 100 mindən çox işçisi var.