Lionel Messi: “Mən hər şeyə nail oldum”

Əfsanəvi argentinalı futbolçu Lionel Messi “Simplemente Futbol YouTube” kanalına açıqlama verib.

İndex.az xəbər verir ki, argentinalı ulduza karyerasında daha nəyə nail olmaq istədiyi soruşulub.

“Artıq heç nə istəyə bilmərəm. Dünya Kubokunu qazana bilmirdim, amma bunu da qazandım. Hər şeyə nail oldum”, – deyə Messi cavab verib.

Messi Qvardiola ilə münasibəti haqqında isə bunları deyib: “Qvardiola fərqli bir insandır. O, heç kimin görə bilmədiyi şeyləri görə bilir. O vaxtlar hamı “Barselona” kimi oynamaq istəyirdi və bu da əslində futbola zərər verdi”.

37 yaşlı əfsanə “Barselona”ya qayıtma ehtimalı ilə bağlı suala isə belə cavab verdi:

“Mən həmişə “Barselona”ya qayıtmaq niyyətində idim, lakin bu mümkün olmadı”.