Suriyada 15 ildən artıqdır davam edən vətəndaş müharibəsi informasiya şəffaflığını böyük ölçüdə aradan qaldırsa da, beynəlxalq mənbələr devrilmiş lider Bəşər Əsədin dövründə ölkənin neft ehtiyacının təxminən 90 faizinin İrandan təmin edildiyini bildirir.
İndex.az xəbər verir ki, mənbələr bildirir ki, qalan 10 faiz Suriyanın öz neft yataqlarından əldə edilir. İranın o vaxt Suriyaya gündə 60-70 min barel xam neft tədarük etdiyi təxmin edilir.
2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Qərb ölkələri Dəməşqlə diplomatik əlaqələri kəsib və enerji sektoruna qarşı məhdudlaşdırıcı siyasət həyata keçirərək, Suriyanı yanacaq təchizatında tamamilə İrandan asılı vəziyyətə salıb. Bununla belə, İranın neft nəqlini son vaxtlar dayandırması Suriyanın ən böyük neft emalı müəssisəsi olan Baniyasda hasilatı dayandırıb.
İranın neft kəsimindən sonra Səudiyyə Ərəbistanı və Qətərin Suriyaya enerji dəstəyi verə biləcəyi ehtimalı gündəmə gəlib. Səudiyyə Ərəbistanının Suriyaya neft tədarükünün mümkünlüyü regional enerji balanslarını yenidən formalaşdıra biləcək strateji addım hesab olunur.
Xüsusilə Qətərin elektrik stansiyaları və enerji infrastrukturuna dəstək planları regionda enerji əməkdaşlığı siyasətlərinə uyğun addım kimi qiymətləndirilir.
Səudiyyə Ərəbistanı və Qətərin enerji sektoruna doğru atacağı mümkün addımlar təkcə Suriyanın enerji böhranının həllini təmin etməklə məhdudlaşmır, həm də bölgədəki enerji balanslarını yenidən formalaşdırmaq potensialına malikdir. İranın təsirinin azalmasından sonra Körfəz ölkələrinin artan təsirləri Suriyanın enerji təchizatında daha geniş əməkdaşlığa imkan verə bilər.
Hələlik rəsmi açıqlama olmasa da, bu hadisələr ekspertlər tərəfindən Suriyanın regional enerji əlaqələrində yeni dövrün başlanğıcını qoya biləcək strateji addımlar kimi qiymətləndirilir.