“İrAero” Çeboksarıdan Bakıya müntəzəm reyslər aça bilər

Rusiyanın “İrAero” aviaşirkəti Çeboksarıdan Bakıya müntəzəm reyslər açmağı planlaşdırır.

İndex.az Rusiya KİV-ə istinadən xəbər verir ki, aviadaşıyıcı bu istiqamətdə uçuşlar həyata keçirmək üçün “Rosaviasiya”dan icazə alıb.

Şirkət həftədə iki dəfə uçuşlar həyata keçirməyi planlaşdırır.

“Planlı uçuşlar Qafqazın ən canlı və maraqlı ölkələrindən birinə səyahət etmək istəyən sərnişinlər üçün yeni imkanlar açır”, – məlumatda deyilir.