
Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 3 milyard 467,7 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 % az investisiya yönəldilib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 24,2 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 2,4 % azalıb.
3 ay ərzində istifadə olunmuş investisiyanın 1 milyard 814,6 milyon manatı və yaxud 52,3 %-i məhsul istehsalı sahələrinə, 970,2 milyon manatı və yaxud 28 %-i xidmət sahələrinə, 682,9 milyon manatı və yaxud 19,7 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 2 milyard 519 milyon manatını və yaxud 72,6 %-ni daxili investisiyalar təşkil edib, 2 milyard 693,5 milyon manatı və yaxud 77,7 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.