VEYSƏLOĞLU 1-ci sinif şagirdlərini belə sevindirdi - FOTO

VEYSƏLOĞLU 1-ci sinif şagirdlərini belə sevindirdi - FOTO

img



Veysəloğlu Şirkətlər Qrupu “Təhsilə dəstək” layihəsi  çərçivəsində Neftçala rayonu  Ə.Səmədov adına Qırmızıkənd tam orta məktəbinin bütün birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin edib.

Veysəloğlu Şirkətlər Qrupunun nümayəndələri “Bilik Günü” münasibəti ilə Qırmızıkəndə səfər edib, 2020/2021-ci tədris ilində 1-ci sinfə gedən 34 şagirdə çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə edib.

Şirkətlər Qrupunun əməkdaşları şagirdləri təbrik edib, onlara və məktəbin kollektivinə yeni dərs ilində uğurlar diləyiblər.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu “Təhsilə dəstək, gələcəyə xidmət” şüarı altında ölkəmizdə gənclərin təhsil almasına, onların ixtisaslı kadr kimi yetişmələrinə dəstək məqsədilə müxtəlif layihələr həyata keçirir və bu istiqamətdə bir çox təşəbbüslərə qoşulur.

Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində şəhid ailələrinə, Qarabağ qaziləri və müharibə veteranlarına, həmçinin təhsil, idman və s. sahələrdə dəstək xarakterli çoxsaylı layihələr həyata keçirir.